M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Parfum des voix" ("Səslərin ətri") adlı musiqi axşamı keçirilib.
Filarmoniyadan verilən məlumata görə, iyunun 6-da gerçəkləşən konsertdə beynəlxalq müsabiqələr laureatı Daniil Kirillovun (fortepiano) müşayiəti ilə Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor) mahiranə ifaları ilə dinləyicilərin zövqünü oxşayıblar.
Proqramda G.Rossini, V.Bellini, G.Verdi, G.Bizet, J.Massenet, G.Faure, E.Chaussonun əsərləri səsləndirilib.