Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə tanınmış şair, Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın (1930–2016) anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayonun icra başçısı Tahir Məmmədov və şair Zahid Sarıtorpaq çıxış edərək Fikrət Sadığın həyat və yaradıcılığından söz açıblar.

Şairin övladları Orxan Fikrətoğlu və Aysel Fikrət onunla bağlı xatirələrini bölüşüb, tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Bədii hissədə poetik kompozisiya təqdim olunub, Dağlıq Şirvan RMİ-nin “Eşq” ansamblı və Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad İsrafilov şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Proqram alqışlarla qarşılanıb.