M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, xanəndə Teyyub Aslanovun “Dostlarımla birgə...” adlı solo konserti keçirilib.
İyunun 9-da gerçəkləşən konsertdə xanəndəni "Xarıbülbül" muğam qrupu – bədii rəhbər Əməkdar artist, tarzən Əliağa Sədiyev, Əməkdar artistlər Toğrul Əsədullayev (kamança), Şirzad Fətəliyev (nəfəs alətləri), Kamran Kərimov (nağara), Çinarə Mütəllibova (qanun), solistlər Qalib Həşimov (ud), Eyvaz Həşimov (qoşa nağara) və Hüsaməddin Əzizov (bəm nağara) müşayiət edib.
Proqramda Azərbaycanın bəstəkar, xalq mahnıları və muğamları səsləndirilib.