Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.

Konfransda elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Çıxışlarda Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək yolunda göstərdiyi əvəzsiz xidmətlərdən danışılıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Heydər Əliyevin dövlətçilik strategiyasının, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin dayandığı bildirilib.

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.

Sonda konfrans iştirakçıları mərkəzin ekspozisiya zalında Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxıblar.