Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri mayın 31-də yeni konsert proqramını təqdim edib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində keçirilən konsertdə orkestr amerikalı dirijor Sixto Montesinosun rəhbərliyi ilə (konsertmeyster Üzeyir Məmmədov) çıxış edib.
Proqramda E.Elgar – “Simlilər üçün serenada” (e-moll op.20), İ.S.Bax – 3 nömrəli orkestr süitasından “Air” (D-dur), N.J.Don Juan – "A su merced Don Jose" və B.Britten – “Sadə simfoniya” (op.4) əsərləri yer alıb.
Musiqisevərlər Azərbaycan Dövlət Kamera Orkestri ilə növbəti görüşü alqışlarla qarşılayıblar.