
Şuşa Dövlət Musiqili Dram Teatrında dramaturq Xaqani Əliyevin “İki əsgər” pyesi tamaşaya qoyulub.
Premyerası mayın 23-də keçiriləcək tamaşa İkinci Qarabağ müharibəsində Qələbənin 5 illiyinə həsr olunub.
Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, videomühəndisləri Vadim Kuskov və Əhliman Ərşadlıdır.
Rolları Emin Sevdiməliyev, Cavid Cavadzadə, Cavidan Kəsəmənli, Vüsal Məmmədov, Əhliman Ərşadlı, Zəhra Salayeva, Ayşən Mirzəyeva, Təranə Əliyeva və Dürdanə Dünyamalıyeva ifa edirlər.
Tamaşada səhnə oyunu ilə yanaşı, videomateriallardan da istifadə edilib ki, bu da səhnə əsərinin bədii təsir gücünü daha da artırır.