Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fərqli yozumda səhnəyə qoyulub. 

Teatrın “Artstudiya”sında səhnələşdirilən tamaşanın premyerası iyunun 7-də olub.

Birhissəli mistik faciə janrında hazırlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova və Təhminə Sadıqova, bəstəkarı Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.