Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri səhnələşdirilib.
İyulun 4-də tamaşanın premyerası keçirilib.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir. Səhnə sərinin ritmikası Ramazan Xanlarova, musiqilərin ifası “Dərviş" qrupuna aiddir.
Tamaşanın əsas mövzusu cəmiyyətdə insanların fağır, zəif, ehtiyaclı insanı necə linç etməsi üzərində qurulub.
Obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev canlandırıblar.