Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayının və Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə iyulun 3-də mədəni-maarif tədbirləri çərçivəsində “Qoğalın sərgüzəştləri” nağıl-tamaşası nümayiş olunub.

Rus xalq nağılı əsasında yazıçı Pərvin Nurəliyevanın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir.

Rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandırıb.

Tamaşa həm məzmunu, həm də estetik tərtibatı ilə uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Mərdəkan Mədəniyyət Sarayı bu kimi tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.