Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə iyulun 2-də Quba rayon Mərkəzi Kitabxanasında Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Xəlil İsmayılovun 80 illik yubileyinə həsr olunmuş “Kitabxanaşünaslığa həsr olunan alim ömrü” adlı tədbir keçirilib.
Tədbirdə kitabxana əməkdaşları, fəal oxucular iştirak ediblər.
Çıxış edənlər tanınmış kitabxanaşünas alimin elmi və pedaqoji fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Xəlil İsmayılov 1990-1993-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq kafedrasının müdiri, 1993-2012-ci illərdə kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı, 2007-ci ildən 2019-cu ilə kimi Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri vəzifəsində çalışıb. 1997-ci ildən nəşr olunan ixtisas məcmuəsinin – “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və baş redaktordur. "Kitabxana işinin idarə edilməsinin təşkilati-metodik məsələləri", "Kitabxana menecmentinin əsasları", "Kitabxana informasiya texnologiyaları", "Azərbaycan Respublikasında kitabxanaların metodik təminat sisteminin inkişaf tarixi: (1918-2000)" və s. kitabların müəllifidir.
Vurğulanıb ki, professor Xəlil İsmayılovun bioqrafiyası nəsillərə örnək olan məzmun daşıyır.
Nurəddin