F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanmış “Rəqəmsal dövrdə uşaq və yeniyetmələr: zərərli vərdişlər və çıxış yolları” adlı maarifləndirici videoslayd virtual formatda oxuculara təqdim olunub.

Rəqəmsal texnologiyaların gündəlik həyata sürətlə daxil olması, xüsusilə də uşaq və yeniyetmələr arasında texnoloji asılılıq informasiya tələbatı və sosial mediaya meyil kimi yeni çağırışlar yaratmaqdadır. Bu çağırışlara cavab olaraq hazırlanan videoslayd gənc nəslin sağlam inkişafını dəstəkləmək məqsədi daşıyır.

Slayd materialı təkcə informativ deyil, həm də resursyönümlüdür. Burada mövzu ilə bağlı 13 adda kitabın annotasiyası, həmçinin dövri mətbuatda dərc olunmuş məqalələrin biblioqrafik təsvirləri təqdim olunur. Materiallar həm uşaqların, həm də valideyn və müəllimlərin mövzuya dair maariflənməsinə yardım məqsədi daşıyır.

Əsas məqsəd uşaq və yeniyetmələrin sosial-psixoloji rifahını gücləndirmək, onları müasir texnoloji mühitin riskləri barədə məlumatlandırmaq və zərərli vərdişlərə qarşı maarifləndirici dəstək verməkdir.

Respublika Uşaq Kitabxanası gənc oxucuların sağlam düşüncəli, məlumatlı fərdlər kimi formalaşması istiqamətində maarifləndirmə işlərini davam etdirir.

Videoslayda bu linkdə baxmaq olar:

https://www.youtube.com/watch?v=5aZIjauwj9E