“Kiş” Tarix Memarlıq Qoruğunun (Şəki) və M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin (Şəki-Zaqatala RMİ) birgə təşkilatçılığı ilə şair, nasir, publisist Vaqif Aslanın 75 illiyi münasibətilə "Qəlbdən qələmə" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir “Kiş” qoruğunun həyətində təşkil olunub.
Çıxışlarda Şəkinin görkəmli şəxsiyyətləri ilə Azərbaycanın mədəniyyət, ədəbiyyat tarixində xüsusi yer tutduğu, onlardan birinin də Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair, yazıçı-dramaturq Vaqif Aslan olduğu vurğulanıb.
75 illiyi münasibətilə Vaqif Aslana MİHİ Şəki rayon Komitəsinin və "Narınqala" şəhər Folklor evinin xatirə hədiyyələri təqdim edilib.
Yubilyar tədbirin təşkilatçılarına, haqqında dedikləri xoş sözlərə görə çıxış edənlərə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilib. M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin "Səbuhi" instrumental ansamblı və Şəki şəhər Uşaq incəsənət məktəbinin rəqs kollektivi tərəfindən rəngarəng musiqi nömrələri təqdim olunub.
Nurəddin