Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət evi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Gününün tarixi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993–2003-cü illərdə Azərbaycanda ordu quruculuğu, Silahlı Qüvvələrə dövlət qayğısı və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində (2020) qazandığı şanlı Qələbədən söhbət açıblar.
Sonra tədbir Mədəniyyət evinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.