Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Lerik rayonunda vətəndaşları qəbul edəcək.

İyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 22) keçiriləcək qəbulda Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlar iyulun 7-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.