Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2024-2025-ci il teatr mövsümünün bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov ötən mövsüm ilə müqayisədə 2024-2025-ci ilin kollektiv üçün daha məhsuldar keçdiyini qeyd edib.
Teatrın repertuarının yeni tamaşalarla zənginləşdiyi vurğulanıb. Həyata keçirilən "Teatr çələngi" adlı layihədə xalq teatrları və müxtəlif yaradıcı kollektivlərlərin iştirakı da qeyd olunub.
Tədbirdə çıxış edənlər regionlarda teatr fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkiblər.
Sonra S.Bekketin "Qodonun intizarında" absurd tamaşası təqdim olunub.
Bu ilin mayında premyerası olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyevdir. Rolları Behruz Haxverdiyev, Zakir Fətəliyev, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov oynayıblar.