Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

İyunun 21-də gerçəkləşən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlarda bildirilib ki, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyulub – ilk əlahiddə Azərbaycan Korpusu yaradılıb. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və dövlət bayramı kimi qeyd edilir.

Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tariximizin şanlı səhifəsidir.

Çıxışlardan sonra Mədəniyyət sarayında fəaliyyət göstərən rəsm kursunun fəal üzvlərinin Silahlı Qüvvələr Gününə həsr etdikləri sərgiyə baxış keçirilib.