Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon Mədəniyyət Mərkəzinin Xaqani adına Poeziya evində yazarlarla görüş keçirilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Şabran rayon MKS-nin Mərkəzi Kitabxanası ilə birgə təşkil edilən görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Narıngül Nadir, Mətanət Ulu-Şirvanlı, rejissor, yazar Kəmalə Müslümqızı, şairlər Arzu Nehrəmli, Şəfəq Sahib iştirak ediblər.
Tədbirdə yazarlar öz yaradıcılıq nümunələrini təqdim ediblər.
Çıxışlarda bu kimi tədbirlərin əhəmiyyəti qeyd edilib, ədəbiyyatın, söz sənətinin insan və cəmiyyət həyatında rolu vurğulanıb.
Sonda şabranlı şairlər arasında bir müddət öncədən elan olunmuş "Zəfərimiz əbədidir" adlı şeir müsabiqəsinin qalibləri fəxri fərman və hədiyyələrlə təltif edilib.
Nurəddin