Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi prosesi davam etdirilir. 

İyunun 23-də attestasiyanın növbəti mərhələsinə başlanılıb. 2 iyul 2025-ci il tarixinədək davam edəcək bu mərhələdə instrumental alətlər (violin, klarnet, saksofon, fleyta, qoboy, truba), xor-dirijor, xoreoqrafiya və təsviri sənət ixtisasları üzrə çalışan müəllimlərin iştirakı nəzərdə tutulub.