Xalq şairi Fikrət Qocanın (1935–2021) anadan olmasının 90 illiyi münasibətlə Respublika Gənclər Kitabxanasında “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterial və elektron resurslar bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, materialda şairin həyat və yaradıcılığı, gənclik illəri, ictimai mövqeyi, mətbu fəaliyyəti, layiq görüldüyü orden, medal və fəxri adlar haqqında məlumat təqdim olunur.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialda şairin yaradıcılığında xüsusi yer tutan azadlıq hərəkatı mövzusuna həsr etdiyi “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” adlı poemaları, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri mövzusunda qələmə aldığı “Hələlik qiyamətədək”, “Ölüm ayrılıq deyil” povestlərindən bəhs edilib. 

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialı kitabxananın saytında yerləşdirilib.

Gənclər Kitabxanasının saytında “Fikrət Qoca - 90” adlı elektron resurslar bazası da istifadəyə verilib.