Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında "Media savadlılığı" mövzusunda seminar-iclas keçirilib.
"Məlumatın doğruluğu hər birimizin məsuliyyətidir" adlı seminarlar Şəki və Oğuz rayon Heydər Əliyev mərkəzlərində təşkil edilib.
RMİ-nin tabeliyində fəaliyyət göstərən Şəki və Oğuz rayonları üzrə müəssisə rəhbərləri və media üzrə əlaqələndirici əməkdaşların qatıldığı seminarda müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi və s. məsələlərə diqqət ayrılıb.
Qeyd edək ki, regional idarənin Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində fəaliyyət göstərən əməkdaşların media üzrə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 2025-ci il ərzində mütəmadi olaraq bu mövzuda seminarlar təşkili nəzərdə tutulub.
Nurəddin