Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Beyləqan və İmişli rayonlarının Mərkəzi kitabxanalarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988–2010) həyat və qəhrəmanlıq yolu haqqında yazıçı Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” kitablarının təqdimat mərasimləri keçirilib.
Çıxış edənlər Mübariz İbrahimovun şəhidliyini xalqımızın milli qürur simvolu kimi dəyərləndirərək onun təkcə ailəsinin deyil, bütün Azərbaycanın övladı olduğunu vurğulayıblar. Bildirilib ki, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Müəllif Müşfiq Malik Muğanlı tədbir iştirakçılarına təşəkkür edib. Bildirib ki, əsər vətənə sədaqət və qəhrəmanlığın nümunəsidir, gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayacaq.
Sonda xatirə şəkli çəkdirilib.
Nurəddin