Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının "Opera Günləri" layihəsi davam edir. Layihə çərçivəsində iyunun 20-də Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunub.
Teatrın truppası tamaşanı BMA-nın nəzdindəki Opera Studiyasında oynayıb.
Teatrdan bildirilib ki, əsas partiyaları Əməkdar artist İnarə Babayeva (Violetta), solist Atəş Qarayev (Alfred), Xalq artisti Əvəz Abdulla (Jorj Jermon) ifa ediblər. Tamaşada həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Nina Makarova, Günel Hacıyeva, İqor Yadrov çıxış ediblər.
Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.
"Opera Günləri"nin yekun tədbiri iyunun 25-nə nəzərdə tutulub.