Lənkəran Astara RMİ Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissəsində konsert keçirilib.

Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxışlarda Azərbaycan Ordusun tarixi, keçdiyi şərəfli yol və bugünkü inkişafı haqqında şəxsi heyətə ətraflı məlumat verilib.

Mədəniyyət mərkəzinin bədii rəhbəri Habil Əliyev bayram münasibətilə əsgərlər və zabitləri təbrik edib.

Daha sonra Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri və solistləri tərəfindən konsert proqramı təqdim edilib.

Sonda mərkəzin əməkdaşları fəxri fərmanlarla təltif olunub.

Nurəddin