Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, Xaçmaz Gənclər və İdman sektoru və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələri Gününə həsr olunmuş "Müzəffər ordu, qalib xalq" adlı bayram tədbiri keçirilib.

Xaçmaz rayonunda yerləşən hərbi hissədə gerçəkləşən tədbirdə əsgər və zabit heyəti, onların övladları, ictimaiyyət nümayəndələri, Niyazabad kənd məktəbinin "Şahinlər" komandasının üzvləri, mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda 107 il əvvəl, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk Milli Ordusunun yaradılması, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən ordu quruculuğu, dahi rəhbər Heydər Əliyevin və Prezident, Ali baş Komandan İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin keçdiyi inkişaf yolu, nəhayət, 2020-ci ildə qazandığımız tarixi Zəfər haqqında söz açılıb.

Vurğulanıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə, rəşadətli Ordumuzun, Azərbaycan xalqının və vətənpərvər oğullarımızın əzmi, birliyi sayəsində torpaqlarımız düşmən tapdağından azad edilib.

Çıxışlardan sonra bayram tədbiri bədii proqramla davam edib.

Nurəddin