İyunun 25-də Oğuz rayon Mədəniyyət Mərkəzində (Şəki-Zaqatala RMİ) Mərkəzi Kitabxana və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi ilə birgə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” adlı maarifləndirici tədbir keçirilib.

Tədbir 26 iyun – Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunub.

Çıxışlarda narkomaniyanın insan sağlamlığı və cəmiyyət üçün doğurduğu təhlükələr, onunla mübarizə üsulları, psixoaktiv maddələrin fiziki və psixoloji təsirləri, narkotik vasitələrdən istifadənin yaratdığı risk amilləri və asılılığın mərhələləri geniş şəkildə izah edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, mövcud normativ-hüquqi baza və bu sahədə həyata keçirilən islahatlar haqqında da ətraflı məlumat verilib.

Tədbir çərçivəsində narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Nurəddin