Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Xətai rayonundakı Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, şəhid ailələri, qazilər, hərbçilər, şəhər sakinləri iştirak ediblər.

Aparıcı əlamətdar günün tarixindən bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, 1918-ci ildə Xalq Cümhuriyyəti Hökuməti tərəfindən əlahiddə milli diviziyanın yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub.

Sonra konsert proqramı təqdim edilib.

Xalq artistləri Röya Ayxan, Alim Qasımov, Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Manana Caparidze, Fərqanə Qasımova, tanınmış müğənnilər Şəmistan Əlizamanlı, Elnarə Xəlilova, Aynur Dadaşova, Leyla Ramazanlı, Mərdan Kazımov, Amil Həsənoğlu, Nuran, Sevda Yahyayeva, İlhamə Qasımova, həmçinin C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, “Azad” rəqs qrupu çıxış ediblər.

Bayram konserti böyük coşqu ilə keçib və rəğbətlə qarşılanıb.