İyunun 25-də Lerik rayon Heydər Əliyev Mərkəzində (Lənkəran-Astara RMİ) rayon gənclərinin iştirakı ilə "Qürurumuz – güclü Azərbaycan Ordusu!" mövzusunda maarifləndirici görüş keçirilib.

Əvvəlcə Azərbaycan Ordusunun şərəfli yolundan bəhs edən qısametrajlı film nümayiş olunub.

Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə ordu quruculuğundan, hərbi təhsil və kadr hazırlığı sahəsində atılan addımlardan bəhs edib. Qeyd edib ki, Azərbaycanın güclü ordusu məhz bu əsasların üzərində qurulub və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanıb.

Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil alan Ağazadə Məhəmməd çıxış edərək təhsil aldığı məktəbdəki nizam-intizam, vətənə xidmət ruhu və gələcəkdə vətənə sədaqətlə xidmət etmək arzusu barədə fikirlərini bölüşüb.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Nurəddin