Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, digər qonaqlar iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd edilib ki, Silahlı Qüvvələr Günü sadəcə bir təqvim tarixi deyil, bu, xalqımızın əzmini və dövlətimizin müstəqilliyinin qorunmasını təcəssüm etdirən şərəfli bir gündür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun bugünkü varisi tariximizin şanlı səhifəsini yazmış müzəffər Silahlı Qüvvələrimizdir.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi liderin zəngin siyasi irsini əks etdirən ekspozisiya ilə də tanış olublar.