Milli Kitabxanada “26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə rəsmi sənədlər, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkili, Heydər Əliyev və müstəqil Azərbaycanın ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi, azərbaycanlı hərbi xadimlər, veteranlar, qazilər və Vətən uğrunda şəhid olumuş hərbçılər haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü ilə əlaqədar virtual və ənənəvi sərgi, videoçarx və “Müzəffər Azərbaycan Ordusu” adlı daycest hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən videomaterialda Silahlı Qüvvələr Gününün tarixi, əhəmiyyəti haqda məlumat verilir. Materialda Cümhuriyyət dövründə Milli Ordunun yaradılması, Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycada ordu quruculuğunu əks etdirən, eləcə də müasir Azərbaycan Ordusu ilə bağlı məlumatlar, fotolar əks olunub.

Silahlı Qüvvələr Günü ilə bağlı daycest ilə də kitabxananın saytında tanış olmaq olar.

“26 İyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait yer alıb.