Sabirabad Rayon İcra Hakimiyyəti və YAP Sabirabad rayon təşkilatının təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.
Mədəniyyət mərkəzində davam edən tədbirdə rayonun icra başçısı Siraqəddin Cabbarov və YAP rayon təşkilatının sədri Varis Rüstəmov çıxış ediblər.
Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən söz açılıb, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vurğulanıb.
Sonra “Qurtuluşun sədası – birliyimizin nəğməsi” adlı konsert proqramı təqdim edilib.
Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin, eləcə də folklor kollektivlərinin çıxışları böyük maraqla qarşılanıb.