Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yeni tamaşanın premyerası olub.
Tatar yazıçısı Tufan Minullinin "Ərməğanlı Əlməndər" adlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır.
Səhnə əsəri 91 yaşlı ahıl kişinin yaşamaq eşqindən, həyata olan sevgisindən bəhs edir.
Janrı "qəmli komediya" kimi təyin olunan tamaşada rolları Xalq artistləri Valeh Kərimov, Ella Yaqubova, aktyorlar Qabil İbrahimli, Lalə Abuşova, Afət Əliyeva, Ömər Qasımzadə, Cavidan Abdullayev, Aytən İsmayılova, Firuz Hacıyev, Asim Məmmədov və İbrahim Salamov ifa edirlər.