İyunun 19-da Salyan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı əsasında hazırlanan "Tıq-tıq xanım" tamaşasına daxili baxışı olub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Rafiq Mirzəyevdir.
Rolları Xədicə Mirzəyeva, Böyükağa Mehdizadə, Röyal Qurbanov, Nahid Rüstəmbəyli, Nurlan Məlikov və Mədinə Ramazanova ifa edirlər.
Baxışdan sonra teatrın direktoru Yaşar Muradov tamaşanın ərsəyə gəlməsində iştirak edən yaradıcı və texniki heyətə təşəkkür edib, uğurlar arzulayıb.