Mayın 21-də Qara Qarayevin Ev-Muzeyində "Qara Qarayevin işığında" adlı konsert keçirilib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbi şagirdləri və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin iştirak ediblər.
Konsertdən öncə çıxış edənlər dahi bəstəkarın həyat və yaradıcılığından danışıb, xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınır.
Sonra konsert proqramı təqdim olunub. Qara Qarayevin və onun yetirmələrinin əsərləri səsləndirilib.