Tarixdəki olaylar

 

13 may 2004 – Avropa Komissiyasının (Avropa İttifaqının ali icra orqanı) Avropa Qonşuluq Siyasətinə dair strategiya sənədi qəbul edilib. Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstanın Avropa Qonşuluq Siyasətinə daxil edilməsi tövsiyə olunub. Həmin tövsiyəyə əsasən, Avropa İttifaqının sammitində (17-18 iyun 2004-cü il) Cənubi Qafqazın üç respublikasının sözügedən proqrama daxil edilməsi qərara alındı. Azərbaycan ilə Aİ arasında “qonşuluq siyasəti” üzrə əməkdaşlıq sazişi 2006-cı ilin noyabrında imzalandı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 may 1840 – Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840–1897) anadan olub. olub.  

 

13 may 1842 – İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842–1900) anadan olub.

 

13 may 1919 – Tanınmış tarzən, bəstəkar, Əməkdar artist Adil Gәray (Adil Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 – 13.12.1973) Bakıda doğulub. Tar üçün əsərlərin, məktəblər üçün nəğmələr məcmuəsi və s. müəllifidir.

 

13 may 1929 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün əsərlərin, çoxsaylı təmsillərin müəllifidir.

 

13 may 1982 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 – 1982) vəfat edib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyalar və s. əsərlərin müəllifidir. Otuz ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

 

13 may 2024 – Əməkdar artist, Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin dirijoru Faiq Əbülfəz oğlu Sadıqov (10.10.1948 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan