Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera Günləri" layihəsi çərçivəsində növbəti konsert-tamaşa Şirvanşahlar Sarayının ərazisində, açıq havada keçirilib.

Teatrdan bildirilib ki, tarixi məkanda dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasından parçalar nümayiş etdirilib.

Təqdimatda Rəvanə Əmiraslanlı (Əsli), Məhəbbət Səfərov (Kərəm), Taleh Yahyayev (Keşiş), Fuad Əzizzadə (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) iştirak ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, xoreoqrafı Xalq artisti Mədinə Əliyeva, tarda müşayiət edən Əməkdar artist Elxan Mansurovdur.