Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun (14.12.1915 – 9.6.1989) anım günü münasibətilə onun yaratdığı və adını daşıyan Dövlət Mahnı Teatrında xatirə otağının açılışı olub.
Mahnı Teatrından verilən məlumata görə, tədbirdə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov, şair Baba Vəziroğlu sənətkarın Azərbaycanın musiqi mədəniyyəti tarixindəki rolundan söz açıblar.
Çıxışçılar Rəşid Behbudovun adını daşıyan sənət ocağında xatirə otağının yaradılmasını təqdirəlayiq addım kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Dövlət Mahnı Teatrının musiqi kollektivi və tanınmış müğənnilərin ifasında Rəşid Behbudovun repertuarından nəğmələr səsləndirilib.