Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabe müəssisələri – Yasamal rayon Heydər Əliyev Mərkəzi və İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
“Müstəqillik qürur tarixidir” adlı tədbirdə elm, mədəniyyət xadimləri, gənclər iştirak ediblər.
Çıxışlarda xalqımıza 28 May – Müstəqillik Gününü bəxş etmiş Cümhuriyyətin (1918–1920) tarixindən, Ümummilli lider Heydər Əliyevin XX əsrin sonunda bərpa edilən müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edilib.
Müstəqillik Gününə həsr edilmiş film nümayiş olunub.
Bədii hissədə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” folklor ansamblı və “Şəlalə” xalq çalğı alətləri xalq ansamblı üzvlərinin ifasında mahnılar, Müstəqillik Gününə həsr olunmuş şeirlər səsləndirilib.