Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib.

Görüşdə müğənninin həyat və fəaliyyəti, ona ifasında məşhurluq gətirən mahnılar haqqında məlumat verilib.

Daha sonra Sevda Yahyayeva repertuarlından sevilən mahnıları oxuyub, sənəti və həyatı ilə bağlı tamaşaçıların suallarını cavablandırıb.