M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Kamera musiqisi axşamı” adlı növbəti konsert keçirilib.
Mayın 26-da Azərbaycan Dövlət Simli Kvartetinin ifasında təqdim olunan proqramda B.Smetananın 1 saylı simli kvartet – “Mənim həyatımdan” (e-moll), K.Debüssinin simli kvartet (g-moll op.10) əsərləri səsləndirilib.
Kvartetin hər bir üzvünün ifa ustalığı bu axşamı musiqisevərlər üçün yaddaqalan edib. Onlar sürəkli alqışları ilə bunu təsdiq ediblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.
Kvartetə respublika və beynəlxalq miqyaslı müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Əməkdar artistlər Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) daxildir.