Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 28 May – Müstəqillik Gününə həsr edilmiş rəsm müsabiqəsi keçirilib.
Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, 8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəsm dərnəyinin müəllimləri iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, 28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.
Sonra Mədəniyyət Sarayının və 8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəsm dərnəyi üzvlərinin Müstəqillik Gününə həsr etdikləri əl işlərinə baxış keçirilib.
Mədəniyyət Sarayı və Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən balaca rəssamlara təşəkkürnamələr, hədiyyələr təqdim edilib.