M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert keçirilib.

Filarmoniyadan verilən məlumata görə, konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri və Xor kollektivi, eləcə də solistlər – Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, İlkin Əhmədov, həmçinin Xəyal Hüseynov, Tural Agasıyev, Atəş Qarayev, Aydan Quliyeva, Taleh Yahyayev, Səma Həmzəyeva, Anton Ferştandt, Rəvanə Əmiraslanlı, Fəhmin Əhmədli, Fatimə Cəfərzadə, Əkrəm Poladov çıxış ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının operalarından parçalar səsləndirilib.