18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə ənənəvi olaraq bu il də Üzeyir Hacıbəylinin Ev-Muzeyində “açıq qapı” günü elan olunmuşdu və ziyarətçilər üçün giriş ödənişsiz idi.

Gün ərzində muzeyə gələn çoxsaylı qonaqlar dahi bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqisinə verdiyi töhfələr haqqında ətraflı məlumat əldə etdilər.

Muzey əməkdaşları ziyarətçiləri ekspozisiya ilə tanış edərək, Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixindəki müstəsna rolunu, onun zəngin irsinin xalqımız üçün nə qədər qiymətli olduğunu vurğuladılar.

“Açıq qapı” günü tarix və mədəniyyətimizi təbliğ etmək üçün dəyərli imkan oldu. Bu təşəbbüs muzeylərin mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından vacib rolunu da bir daha xatırlatdı.

Vəfa Bağırzadə

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri