F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 164 nömrəli tam orta məktəbin şagirdləri üçün maarifləndirici ekskursiya təşkil olunub.
Mayın 6-da keçirilən ekskursiya zamanı balaca ziyarətçilər kitabxananın fəaliyyəti ilə yaxından tanış olublar. Onlara 3D formatlı kitablar təqdim edilib, kitabxanadan istifadə qaydaları haqqında məlumat verilib.
Kitabxananın əməkdaşı “Bax gör mən harada yaşayıram?”, “Gizlənən heyvanlar” və “Heyvanlara toxun və hiss et” adlı kitablar haqqında söhbət açıb.
Sonda məktəblilər oxu zalında animasiya filmini izləyiblər.
***
Mayın 7-də isə kitabxanada uşaq yazarı Aygün Bal ilə 177 nömrəli tam orta məktəbin şagirdlərinin görüşü keçirilib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova şairin yaradıcılığı barədə məlumat verib.
Aygün Bal “Meşədə əlifba bayramı” adlı şeirlər kitabı haqqında söz açıb. Deyib ki, kitabda uşaqlar üçün qələmə aldığı poema və şeirlər toplanıb.
Görüşdə məktəblilər müəllifin şeirlərini səsləndiriblər.