
Bir qrup mədəniyyət və elm xadimi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Prezident İlham Əliyev 8 may 2025-ci il tarixində bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Axundov Elçin Əbdül oğlu – animasiya rejissoru, kino rəssamı, Əməkdar mədəniyyət işçisi;
Amənzadə Raihə Barxudar qızı – memarlıq üzrə elmlər doktoru, professor, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri;
Fərəcov Sərdar Fərəculla oğlu – bəstəkar, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru;
Göyüşov Nəsib Cümşüd oğlu – şərqşünas, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmalar” şöbəsinin müdiri;
Məmmədov Sabir Novruz oğlu – Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti;
Rövşən Ramiz Məmmədəli oğlu – Xalq şairi;
Yaqubova Ella İsmayıl qızı – Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti.
Qeyd edək ki, Prezidentin fərdi təqaüdü Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanı ilə təsis edilib.