Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup tələbəsi Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) qurumun sədri Xalq artisti Hacı İsmayılovla görüşüblər.
“Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən görüş ittifaqın Mustafa Mərdanov səhnəsində təşkil olunub.
Hacı İsmayılov gəncləri salamladıqdan sonra Ulu öndər Heydər Əliyevin teatr xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.
ATXİ-nin sədri Ulu öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb.
Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb.
Sonda xatirə şəkilləri çəkdirilib.