Şəki Dövlət Dram Teatrında daha bir səhnə əsərinin – gənc yazıçı-dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama...” monopyesi əsasında eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.

Bu barədə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib. Qeyd olunub ki, monotamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Tamaşada ruhi xəstəliklər dispanserində müalicə alan, həyatı boyu psixoloji sarsıntılar yaşamış gənc Leylanın əzablı taleyindən bəhs edilir.
Səhnə əsərində Leyla rolunu teatrın gənc aktrisası Aytac İsmayılzadə ifa edəcək.