Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Vaqifə məktub” adlı esse müsabiqəsi elan olunub. Vaqif Poeziya Günləri çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqənin şərtləri:
* Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
* Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
* Əsərlər Azərbaycan dillində yazılmalıdır.
* Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.
* Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.
Müsabiqənin mövzusu: Suşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti.
Essenin həcmi 1000 sözdən çox olmamalıdır.
Qaliblərin seçilməsi və mükafatlandırılması komissiyası tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcək. Vaqif Poeziya Günləri çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqənin mükafat fondu:
Birinci yer – 2500 manat
İkinci yer – 1500 manat
Üçüncü yer – 1000 manat
Müsabiqənin müddəti:
Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.
İştirakçılar tərəfindən əsərlər edebi.musabiqe@culture.az elektron poçt ünvanına göndərilməlidir.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147
Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.