Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin solo konserti keçirilib.

Filarmoniyadan bildirilib ki, "Piano musiqisi axşamı"nda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Səidə Tağızadənin ifasında Fikrət Əmirovun "Miniatürlər", Qara Qarayevin "Sonatina", "Eskiz", Vaqif Mustafazadənin "Düşüncə", Fərhad Bədəlbəylinin "Dəniz", Sevda Məmmədlinin "Laçın balladası", Pikə Axunovanın "Salam, Şuşa", həmçinin Frederik Şopenin "Noktürn", Ferens Listin "Tarantella", Sergey Raxmaninovun "Musiqili an" və digər əsərlər alqışlarla qarşılanıb.