Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən abonement konsertlər təşkil olunur. Aprel ayında da silsilə konsertlər davam edib.
Aprelin 12-də filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin konserti keçirilib.
Konsertmeysterlər Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev, Ruhulla Dadaşov (tar, kamança, nağara), pianoçular Sevinc Kərimova, Rəna Zəkiyeva, Aqşin İsmayılov, Lalə Hüseynova, Səbinə Vəlibəyovanın müşayiəti ilə solistlər Murad Nəbizadə, Nurcan Xanməmmədova (hər ikisi xanəndə), Dəniz Həsənzadə, Məryəm Quliyeva, Melisa İmanova, Uğur Nəbi, İnci Bədirli, Ayşən Uğurluyeva, Aydan Nuriyeva, Əli Vəliyev, Əsmər Hacızadə (hamısı piano), Fatimə Fərəcova (qanun), Xəzər Coşqun, Aygün Dadaşova, Sultan Kərimov (hamısı violin) və Mirnofəl Həsənov (tar) musiqisevərlərin qarşısında çıxış ediblər. Onların ifası tamaşaçıların könlünü oxşayıb.
Aprelin 19-da gənc istedadların konserti gerçəkləşib. Solistlər Banu İsmayılzadə, Zəhra Abbaslı, Arzu İsayeva, Gültəkin Abdullayeva, Safura Qasımova, Camal Əliyev, Fərəh Əliyeva, Leyla İbrahimova, Fidan Poladzadə, Ayan Əsgərova, Yasəmən Umudova, Ayşən Umudova, Nuray Quliyeva, Ferzin Əfəndiyeva, Müzəffər Əliyev, Məryəm Rəhimli öz ifalarını təqdim ediblər.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Aprel ayı üzrə abonement konsertlər silsiləsinin sonuncusu ayın 26-da gerçəkləşib. "Kamera musiqisi axşamı" adlı konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Dinara Əhmədovanın tələbələrinə həvalə olunub.
BMA-nın dosenti Kübra Erişen (violin) mahir ifası ilə konsertə əlavə rəng qatıb.
Proqramda J.Eccles, V.A.Motsart, F.Şubert, A.Dvorjakın əsərləri səsləndirilib.
Konsert proqramı alqışlarla qarşılanıb.