Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktor təyin olunub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Rəşad Əzizov bu təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində işləyib.

Mədəniyyət nazirinin digər əmri ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.

Pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə bu mədəniyyət ocağına rəhbər təyin edilib.

Səidə Tağızadə konsert-ifaçılıq fəaliyyəti ilə yanaşı, 2016-cı ildən Bakı Musiqi Akademiyasında müəllim kimi də çalışır.